Rusiya ordusu Ukraynada son sutka ərzində daha 1240 hərbçisini itirib

06.02.2025

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1240 hərbçisini itirib.

Missiya.Az “Ukronform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 845 min 310 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 18 tank, 46 artilleriya sistemi və 16 zirehli döyüş maşınını məhv edib.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью