Rusiya ordusu Ukraynada son sutka ərzində daha 1260 hərbçisini itirib

05.11.2024

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1260 hərbçisini itirib.

Missiya.Az “RBC-Ukraynya”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 701 min 650 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 15 tank, 29 artilleriya sistemi və 43 zirehli döyüş maşınını məhv edib.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью