Rusiya ordusu Ukraynada son sutka ərzində daha 1390 hərbçisini itirib

12.12.2024

Icma.az, Missiya.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1390 hərbçisini itirib.

Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 758 min 730 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 6 tank, 5 artilleriya sistemi və 28 zirehli döyüş maşınını məhv edib.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью