Rusiya ordusu Ukraynada son sutka ərzində daha 1430 hərbçisini itirib

09.01.2025

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1430 hərbçisini itirib.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 803 min 100 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 17 tank, 36 artilleriya sistemi və 16 zirehli döyüş maşınını məhv edib.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью