Rusiya ordusu Ukraynada son sutka ərzində daha 1480 hərbçisini itirib

26.11.2024

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1480 hərbçisini itirib.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 733 min 830 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 6 tank, 19 artilleriya sistemi və 20 zirehli döyüş maşınını məhv edib.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью