Rusiya ordusu Ukraynada son sutka ərzində daha 1480 hərbçisini itirib

16.01.2025

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1480 hərbçisini itirib.

Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 814 min 150 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 11 tank, 40 artilleriya sistemi və 20 zirehli döyüş maşınını məhv edib.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью