Rusiya ordusu Ukraynada son sutka ərzində daha 1510 hərbçisini itirib

21.11.2024

Icma.az bildirir, Missiya.az portalına istinadən.

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1510 hərbçisini itirib.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 727 min 250 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 8 tank, 50 artilleriya sistemi və 24 zirehli döyüş maşınını məhv edib.

Daşqın Həsənov
Missiya.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью