Rusiya ordusu Ukraynada son sutka ərzində daha 1600 hərbçisini itirib

21.01.2025

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1600 hərbçisini itirib.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 822 min 30 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 12 tank, 60 artilleriya sistemi və 23 zirehli döyüş maşınını məhv edib.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью