Rusiya ordusu Ukraynada son sutka ərzində daha 1610 hərbçisini itirib

25.11.2024

Missiya.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1610 hərbçisini itirib.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 732 min 350 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 6 tank, 22 artilleriya sistemi və 27 zirehli döyüş maşınını məhv edib.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью