Rusiya ordusu Ukraynada son sutka ərzində daha 1670 hərbçisini itirib

04.12.2024

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1670 hərbçisini itirib.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 747 min 370 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 7 tank, 26 artilleriya sistemi və 31 zirehli döyüş maşınını məhv edib.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью