Rusiya ordusu Ukraynada son sutka ərzində daha 1690 hərbçisini itirib

14.11.2024

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1690 hərbçisini itirib.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 716 min 70 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 19 tank, 64 artilleriya sistemi və 51 zirehli döyüş maşınını məhv edib.

Daşqın Həsənov
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью