Rusiya ordusu Ukraynada son sutka ərzində daha 1790 hərbçisini itirib

02.12.2024

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1790 hərbçisini itirib.

Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 743 min 920 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 9 tank, 30 artilleriya sistemi və 28 zirehli döyüş maşınını məhv edib.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью