Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Rusiya hərbçiləri Ukraynanın istifadə etdiyi nəqliyyat infrastrukturu obyektlərinə zərbələr endirib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Rusiya Silahlı Qüvvələrinin qoşun qruplarının əməliyyat-taktiki aviasiyası, zərbə pilotsuz uçuş aparatları, raket qüvvələri və artilleriyası 148 rayonda Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə edilən nəqliyyat infrastrukturu obyektlərinə, pilotsuz uçuş aparatları və yerüstü robot sistemləri üçün saxlama və buraxılış məntəqələrinə, sursat anbarlarına və Ukrayna ordu qüvvələri və xarici muzdlular üçün müvəqqəti yerləşdirmə məntəqələrinə zərbələr endirib", - deyə məlumatda bildirilir.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin