Rusiya ordusu Ukraynanın Zaporojye və Donetsk vilayətlərinə yeni ərazilər ələ keçirib

03.12.2024

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Silahlı Qüvvələri Ukraynada yeni ərazilər ələ keçirdiyini açıqlayıb.

APA-nın Moskva bürosu Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Rusiya ordusu Ukraynanın Donetsk və Zaporojye vilayətlərində yaşayış məntəqələrini nəzarətə götürüb.

"Rusiya hərbçiləri Zaporojye vilayətinin Novodarovka və "Donetsk Xalq Respublikası"nın (Ukraynanın Donetsk vilayəti-red.) Romanovka yaşayış məntəqələrini azad edib", - Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью