Rusiya ordusu Ukraynaya hava zərbələri endirib

30.07.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Rusiya Ukrayna ərazisinə kütləvi hücum edib.

XQ xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) öz "Telegram" kanalında məlumat yayıb.

Məlumata görə, Kiyev, Krivoy Roq və Vinnitsa ballistik raket hücumuna məruz qalıb.

Şahidlərin sözlərinə görə, Kiyevdə yanğın baş verib, "Poçayna" metro stansiyasının girişi zədələnib. Şəhər meri Vitali Kliçko Svyatoşinski rayonunda və Obolonda qalıqların düşməsi, qeyri-yaşayış binalarının zədələnməsi barədə məlumat verib.

Kiyev Şəhər Hərbi Administrasiyası bir nəfərin həlak olduğunu açıqlayıb.

Ukrayna monitorinq resurslarının məlumatına görə, ölkənin hava məkanında həmçinin çoxsaylı pilotsuz uçuş aparatları (PUA) və "Kalibr" qanadlı raketlərinin buraxılışı qeydə alınıb. Ukrayna HHQ Rusiyanın strateji aviasiya təyyarələrinin havaya qalxması barədə məlumatı təsdiqləyib.

Xatırladaq ki, iyulun 29-u axşam saatlarında Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın kütləvi zərbəyə hazırlaşdığını bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью