Rusiya ordusu Xarkovu bombalayıb, yaralananlar var

25.11.2024

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

Rusiya ordusu Xarkovu bombalayıb, yaralananlar var

Rusiya ordusu Xarkovun mərkəzini bombalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" “Unian“a istinadən xəbər verir ki, yaralananların sayı 23 nəfərə çatıb.

S-400 raketi ilə Xarkova bugünkü zərbə nəticəsində 40-dan çox yaşayış binası zədələnib.

Ukrayna Prezidenti Vladimir Zelenski Xarkovda raket zərbəsindən sonra xilasetmə əməliyyatının keçirildiyini bildirib.

Onun sözlərinə görə, Rusiya kütkləvi surətdə zərbə dronları ilə Zaporojyeyə hücum edib, nəticədə bir uşaq yaralanıb.

Eyni zamanda, Odessa da hücuma məruz qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью