Rusiya ordusu Zaporojyeni vurub, ölən və yaralılar var

06.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Bu gün axşam saatlarında Rusiya ordusu Zaporojye şəhərinə hücum edib.

"Unikal" xəbər verir ki, bu haqda “RBC-Ukrayna” Zaporojye Regional Hərbi Administrasiyasının (OVA) rəhbəri İvan Fyodorova istinadən məlumat yayıb.

Fyodorovun sözlərinə görə, Rusiyanın Zaporojye vilayətinə hücumu nəticəsində 7 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.

Yaralılardan ikisinin uşaq olduğu bildirilir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью