Icma.az bildirir, Sherg.az portalına istinadən.
Rusiya Silahlı Qüvvələri Ukrayna Prezidenti Volodimir Zelenskinin doğma şəhəri Krivoy Roqa hava zərbələri endirib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, Rusiya ordusu şəhər ərazisində yerləşən 330 kilovatlıq elektrik yarımstansiyasına zərbə endirib.
Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətində də iki elektrik yarımstansiyasını vurub.