Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistan vətəndaşı Armen Balyan "Domodedovo" hava limanında Rusiyaya giriş etməyə çalışarkən saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, Balyan Ukrayna tərəfindən hərbi əməliyyatlarda muzdlu olaraq iştirak edib və istintaq zamanı təqsirini etiraf edərək dəlil və şahid ifadələrini təsdiqləyib.
İlkin araşdırmalara görə, 2022-ci ilin noyabrında Moldova sərhədindən Ukraynaya daxil olan Balayan, 2023-cü ilin dekabrına qədər Donetsk, Luqansk və Xerson bölgələrində Ukrayna ordusunun tərkibində muzdla döyüşüb.
Bu əsasda, 2024-cü ilin avqustunda Balayan barəsində muzdlu döyüşçü kimi cinayət işi açılıb və onun axtarışına başlanılıb.
Armen dindirilmə zamanı döyüşlərdə bir neçə dəfə yaralandığını bildirib.
Onunla birgə döyüşlərdə iştirak edənllərin əksəriyyəti yaralandığı və ya öldüyü üçün ordu bölməsi ləğv edilib.