Rusiya ordusunda yeni təyinatlar: Putin qərarını açıqladı

05.08.2026

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyində aparılan islahatlar çərçivəsində silah tədarükü, logistika, cəbhə komandanlığı və pilotsuz sistemlər üzrə rəhbər vəzifələrə yeni təyinatların edildiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Kremlin yaydığı məlumata görə, Putin bu barədə Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə keçirdiyi müşavirədə danışıb. İclasda müdafiə naziri Andrey Belousov, Baş Qərargah rəisi Valeri Gerasimov, həmçinin "Mərkəz" və "Şərq" qüvvə qruplarının komandirləri iştirak ediblər.

Putin bildirib ki, Müdafiə Nazirliyinin strukturu Ukraynada aparılan "xüsusi hərbi əməliyyat" zamanı əldə olunan təcrübə nəzərə alınaraq yenidən formalaşdırılır.

Onun sözlərinə görə, silah sifarişləri və təchizatı proseslərinin mərkəzləşdirilməsi barədə qərar qəbul olunub. Bu sahəyə müdafiə nazirinin müavini Aleksandr Sançik rəhbərlik edəcək.

Prezident əlavə edib ki, ordunun logistika və arxa təminat xidmətləri vahid struktur altında birləşdirilib. Bu istiqamətə isə Valeri Solodçuk təyin olunub.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью