Rusiya ordusunun Kiyevə zərbə endirməsi nəticəsində 10 nəfər yaralanıb

11.07.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya ordusu iyulun 11-nə keçən gecə Ukraynanın paytaxtı Kiyevə hava zərbələri endirib.

APA xəbər verir ki, Ukrayna Fövqəladə Hallar Xidməti hücum nəticəsində 10 nəfərin yaralandığını, onların arasında 11 yaşlı uşağın da olduğunu açıqlayıb.

Hücum zamanı Solomyanski rayonunda üçmərtəbəli ofis-anbar binasında, Dneprovski rayonunda isə anbar sahəsində yanğın baş verib.

Darnitski rayonunda raket yolun hərəkət hissəsinə düşüb, işıqforları idarə edən elektrik yarımstansiyası yanıb, yaxınlıqdakı yaşayış binalarının pəncərələri sınıb.

Yanğınlar söndürülüb, zədələnmiş ərazilərdə xilasetmə işləri davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью