Rusiya ordusunun Ukraynadakı itkiləri 760 mini keçib

13.12.2024

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1390 hərbçisini itirib.

Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 760 min 120 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 5 tank, 6 artilleriya sistemi və 31 zirehli döyüş maşınını məhv edib.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью