Rusiya ordusunun Ukraynadakı itkiləri bir milyonu keçdi

12.06.2025

Icma.az bildirir, Missiya.az portalına istinadən.

Ukraynada davam edən müharibədə Rusiya ordusu son sutkada daha 1140 hərbçisini itirib.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da müharibədə həlak olan Rusiya hərbçilərinin sayı 1 milyon 140 nəfərə çatıb.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun son sutka ərzində 6 tank, 47 artilleriya sistemi və 3 zirehli döyüş maşınını məhv edib.

Daşqın Həsənov
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью