Rusiya öyündüyü tankları niyə döyüşə göndərmir? | Icma.az
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ruslar uzun müddətdir ki, ən yeni və texnoloji cəhətdən ən inkişaf etmiş tankları T-14 Armata ilə öyünürlər, lakin bütün bunlara baxmayaraq, sözügedən tank hələ də Ukraynada cəbhə xəttində görünmür.
Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi analitik Ayzek Zeyts deyib.
O, Rusiyanın döyüşdə öz “supertankından” istifadəyə niyə tərəddüd etdiyini açıqlayıb: "Rostex"in baş direktoru Sergey Çemezovun sözlərinə görə, əsas səbəb tankların baha olmasıdır və buna görə də Rusiya ordusunun T-90-ları alması daha asandır.
Bununla belə, Çemezov onu da qeyd edib ki, "Armata" hələ bütün sınaqlardan keçməmiş yeni tankdır, ona görə də o, döyüş meydanına yerləşdirilməyə hazır olmaya bilər.
Digər mühüm səbəb istehsal problemləridir. Rusiya ordusu ilkin olaraq 2015-2020-ci illər arasında 2300 ədəd T-14 almağı planlaşdırırdı.
Lakin istehsal çatışmazlığı və maliyyə məhdudiyyətlərindən bu müddət uzadıldı.
2021-ci ildən etibarən seriyalı istehsalın başladığı bildirilir, lakin miqdar aşağı olaraq qalır.
Tam oxu
Xəbəri oxu