Rusiya öz şəhərinə bomba atdı 1700 sakin təxliyə edildi

22.01.2026

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

21 yanvar axşamı Rusiyanın Belqorod şəhərinin Qubkin küçəsində bomba düşməsi nəticəsində krater əmələ gəlib.

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkovun dediyinə görə, partlamayan bombanın çıxarılması üçün işlərə başlanılıb.

Təhlükəsizlik məqsədi ilə 1700-dən çox sakin ərazidən köçürülüb, 50 nəfər müvəqqəti sığınacaqlarda saxlanılır. Hakimiyyət orqanları həmçinin ərazidə nəqliyyatın hərəkətini bağlayıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin və Müdafiə Nazirliyinin bomba zərərsizləşdirmə mütəxəssisləri ağır texnikadan istifadə edərək hadisə yerində işləyirlər.

Qladkov Belqorodda düşən sursatın kimə aid olduğunu deməyib. Lakin Rusiya müstəqil kanallarına görə, bu, Rusiya istehsalı olan idarəolunan hava bombası (KAB) olub. O, partlamadan yerə sancılıb. Hadisə yerindən çəkilmiş fotoşəkildən bunun Rusiyaya aid olduğu görünür. Rusiya təyyarələri onları hədəflərindən onlarla kilometr məsafədə, Ukraynanın hava hücumundan müdafiə zonasına daxil olmadan atır. Lakin sistemdəki qüsurlar səbəbindən hədəfin kursundan sapmalar baş verir.

Bundan öncə yanvarın 5-də Belqorodda Şebekinski rayonunun Batratskaya Daça kəndi yaxınlığında 500 kiloqramlıq hava bombası düşmüşdü. Bu, 2026-cı ildə Belqorod vilayətinə Rusiya təyyarələrinin atdığı ikinci bombadır. Hesablamalara görə, Rusiya təkcə 2025-ci ildə öz ərazisinə texniki nasazlıq səbəbindən ən azı 143 hava bombası atıb.

Rəsmi olaraq, Rusiya Müdafiə Nazirliyi yalnız 2023-cü ilin aprelində Belqorod şəhərinə Rusiya hava bombasının düşməsini təsdiqləyib.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью