Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Son vaxtlarda, xüsusən də AZAL təyyarəsinin vurulması hadisəsindən sonra Rusiya tərəfindən Azərbaycana qarşı heç bir arqumentə əsaslanmayan iddialar səsləndirilir.
Rusiya tərəfinin səsləndirdiyi bu absurd iddialar daha çox “öz gözündə tiri görməyib, başqasının gözündə tük axtarırlar” və yaxud da “adımı sənə qoyum, səni də yana-yana qoyum” zərb məsəlini xatırladır.
İstintaq araşdırmaları da sübut etdi ki, AZAL təyyarəsinə qarşı hücumu Rusiya tərəfi törədib.
Rusiya tərəfi törətdiyi cinayətə görə, Azərbaycan və hadisələrin qurbanlarının ailələrindən üzr istəmək əvəzinə, hər vəchlə məsuliyyətdən boyun qaçırmağa çalışır”.
Bunu Ölkə.Az-a açıqlamasında deputat Kamran Bayramov deyib Deputat bildirib ki, xüsusən də rusiyalı deputat Nikolay Valuyevin Azərbaycan və xalqımıza qarşı işlətdiyi təhqiramiz ifadələr, o cümlədən ölkəmizə qarşı təhdid xarakterli fikirləri tamamilə qəbuledilməzdir.
“Valuyev kimilərin belə açıqlaması iki ölkə arasında baş verən gərginliyin aradan qaldırılmasına deyil, əksinə, daha da dərinləşməsinə “yanan odun üzərinə benzin tökməyə” bənzəyir.
Bu insanlar bilməlidirlər ki, bu cür hədyan çıxışları ilə təmsil etdikləri ölkənin beynəlxalq imicinə zərbə vurmuş olurlar.