Rusiya panikada: sərhəddən təcili çıxarılır Şok

07.06.2025

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Ruslar “Hörümçək toru” əməliyyatından sonra təcili olaraq strateji bombardmançı təyyarələri Ukraynadan uzaqlaşdırmağa başlayıblar. Artıq Tu-160-lardan biri Anadır hava limanında görüntülənib.

Xalqcebhesi.az xəbər verir ki, qalan Tu-22M3 və Tu-95MS strateji bombardmançıların taleyi naməlum olaraq qalır.

Ukrayna mediası mənbələrə istinadən iddia edir ki, təyyarələr “Olenya”, “Belaya” və “Ukrainka” aerodromlarından qeyri-müəyyən istiqamətlərə elə xaotik şəkildə hərəkət etməyə davam edir ki, monitorinq sistemləri onları izləyə bilmir.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti “Hörümçək toru” əməliyyatını 1 iyunda həyata keçirib. Nəticədə Rusiyanın 4 aerodromunda strateji raket daşıyıcıları da daxil olmaqla, 40-dan çox hərbi təyyarə sıradan çıxarılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью