Rusiya parlamenti ƏDV dərəcəsini 20% dən 22% ə qaldıran qanunu qəbul etdi

20.11.2025

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Rusiya Dövlət Duması vergi qanunvericiliyində dəyişikliyi nəzərdə tutan qanunu qəbul edib.

Redaktor.az xəbər verir ki, yeni qanuna əsasən, ƏDV dərəcəsi 2026-cı ildən başlayaraq 20%-dən 22%-ə qədər artacaq, eyni zamanda bəzi sosial əhəmiyyətli mallar üçün 10% güzəştli dərəcə saxlanılacaq.

Sadələşdirilmiş vergi sistemi çərçivəsində ƏDV ödənişi üçün gəlir həddi tədricən azalacaq: 2026-cı ildə 60 milyon əvəzinə 20 milyon rubl, 2027-ci ildə 15 milyon rubl, 2028-ci ildən başlayaraq isə 10 milyon rubl olacaq.

Alkoqol, tütün və şəkərli içkilər üzrə aksiz dərəcələri 2026-2027-ci illərdə inflyasiya səviyyəsinə uyğun olaraq artacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью