Rusiya parlamentinin nümayəndələri Azərbaycana səfərə gəliblər

15.11.2024

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin və Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması sədrinin müavini Petr Tolstoy BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Azərbaycana səfərə gəliblər.

"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında qonaqları Milli Məclisin deputatları Nizami Səfərov, Xanlar Fətiyev və digər rəsmi şəxslər qarşılayıblar.

Onlar Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaqın birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşündə iştirak edəcək.

Bizim Telegram kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью