Rusiya Paşinyanı həm öydü, həm də...

01.09.2025

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Ermənistanın Avropa İttifaqına üzv olmaq üçün Avrasiya İqtisadi İttifaqından çıxıb-çıxmayacağına dair qərarı yalnız erməni xalqı verməli, bununla bağlı bütün amillər nəzərə alınmalıdır". 

“Cebheinfo.az”-ın məlumatına görə, Rusiya Baş nazirinin müavini Nikolay Overçuk belə deyib:

“Nikol Vovayeviç Paşinyan bu yaxınlarda dedi ki, eyni zamanda Avrasiya İqtisadi İttifaqına və Avropa İttifaqına üzv olmaq mümkün deyil. Əgər nə vaxtsa belə bir qərar verilərsə, o zaman əminəm ki, bu və ya digər istiqamətdə qərarların qəbuluna təsir edən müxtəlif amillər nəzərə alınacaq”.

Bir neçə gün əvvəl Paşinyan bildirib ki, Ermənistan tərəfi Aİİ və Aİ-yə eyni vaxtda üzvlüyün mümkünsüzlüyünü başa düşür. “Seçimin qaçılmaz olduğu an gələndə biz müvafiq qərar qəbul edəcəyik”,-deyə Paşinyan əlavə edib.

Paşinyan qeyd edib ki, istənilən ssenari mümkündür. “Hər şey xalqımızın iradəsindən, vəziyyətin təhlilindən, perspektivlərdən, danışıqların nəticələrindən asılı olacaq”,- deyə Ermənistanın Baş naziri vurğulayıb.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью