Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır. Rusiya ordusu Ukraynanın Pavloqrad şəhərinə indiyədək ən genişmiqyaslı hava hücumu
Altı saat davam edən bombardmanda yüzlərlə kamikadze dron və ballistik raketlərdən istifadə olunub.
Hücum nəticəsində yaşayış binaları, sənaye obyektləri və yanğınsöndürmə stansiyaları hədəfə alınıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Dnepropetrovsk vilayətinin qubernatoru Sergey Lısak bildirib ki, hücum zamanı bir zavod ciddi zərər görüb, bir yanğınsöndürmə məntəqəsi tamamilə məhv edilib və beşmərtəbəli yaşayış binası raket zərbəsinə tuş gəlib.
“Pavloqrad üçün bu, cəhənnəm gecəsi idi. Partlayışlar ard-arda gəlirdi.
Bu, rus qüvvələrinin indiyədək həyata keçirdiyi ən intensiv hücum idi”, – deyə Lısak bəyan edib.
Gecə saatlarında şəhər üzərində pilotsuz uçuş aparatlarının səsi eşidilib.
Narıncı rəngli parıltılar göy üzünü işıqlandırıb, hava hücumundan müdafiə qüvvələrinin pulemyot atəşi küçələrdə səslənib.