Rusiya Pavloqrada zərbə endirdi

03.11.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya qüvvələri Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinə raket zərbəsi endirib.

Axar.az xəbər verir ki, vilayət administrasiyası məlumat yayıb.

Bildirilib ki, hücumda 55 yaşlı kişi həlak olub, 3 nəfər isə xəsarət alıb.

Hücum nəticəsində çoxmərtəbəli binada yanğın baş verib, həmçinin avtomobillərə, digər tikililərə zərər dəyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью