Rusiya paytaxtı vurdu: qurbanlar var

27.11.2024

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya qüvvələri bu gecə pilotsuz təyyarələr ilə Kiyevə hücum edib. Paytaxtın Dnepr rayonunda dağıntılar qeydə alınıb.

Moderator.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilib ki, qeyri-yaşayış infrastrukturuna ziyan dəyib. Zərərçəkmişlərdən biri hadisə yerində tapılıb və tibb müəssisəsinə yerləşdirilib. Ümumilikdə, iki nəfər xəsarət alıb.

"İki qurban var, onlardan biri Dnepr rayonundakı evin dağılması nəticəsində xəsarət alıb", - Kiyev meri Vitaliy Kliçko "Telegram"-da yazıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью