Rusiya Polşa gərginliyi pik həddə: Müharibə təhdidləri

15.09.2026

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Əgər Varşava Rusiyaya qarşı hərbi əməliyyatlara başlayarsa, Polşanın dövlətçiliyinə bir neçə gün ərzində son qoyulacaq".

Moderator.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev aif.ru saytına müsahibəsində deyib. Bununla o, Polşanın xarici işlər naziri Radoslav Sikorskinin ölkəsinin Rusiyadan hərbi cəhətdən üstün olması barədə iddialarına münasibət bildirib.

"Polşa Rusiyaya qarşı hərbi əməliyyatlara qoşulacağı təqdirdə, ölkəmiz sərəncamında olan bütün qüvvə və vasitələrdən istifadə edəcək, Polşa dövlətçiliyi isə 2-3 gün ərzində mövcudluğunu itirəcək", - deyə Patruşev qeyd edib.

Rusiya Prezidentinin köməkçisi vurğulayıb ki, Polşa diplomatiyasının rəhbəri Rusiyanın hərbi qüdrətini qeyri-peşəkar şəkildə qiymətləndirir və xüsusi hərbi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələrinin öz potensialından heç də tam şəkildə istifadə etmədiyini anlamaq istəmir.

Patruşevin sözlərinə görə, Varşava Rusiya liderinin Moskvanın Avropaya qarşı hərbi əməliyyatlar aparmaq üçün heç bir təhdid və ya əsas yaratmadığı barədə bəyanatlarına məhəl qoymur.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda Sikorskinin Kiyevdəki çıxışı zamanı Rusiyanın Polşaya hücum edəcəyi halda, Varşavanın sürətli qələbə qazanmaq imkanları barədə fikirlər səsləndirdiyi bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью