Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın Ukraynaya kütləvi hava hücumu fonunda Polşanın Lublin şəhərində hava həyəcanı siqnalları işə düşüb, Jeşuv hava limanında isə uçuşlar müvəqqəti dayandırılıb.
Modern.az “Radio Lublin”ə istinadən xəbər verir ki, noyabrın 20-də yerli vaxtla saat 06:35-də Lublində həyəcan siqnalları səslənib. Polşanın Hökumət Təhlükəsizlik Mərkəzi hava hücumu təhlükəsi ilə bağlı sakinlərə xəbərdarlıq göndərərək onları təhlükəsiz yerə keçməyə çağırıb.
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı hava hücumundan müdafiə qüvvələrinin hazır vəziyyətə gətirildiyini bildirib. Komandanlığın açıqlamasına görə, tədbirlər Polşanın hava məkanını qorumaq məqsədilə görülüb.