Rusiya Polşanın SanktPeterburqdakı Baş konsulluğunu bağlayır

05.12.2024

Icma.az xəbər verir, Operativ MM saytına əsaslanaraq.

Rusiya Xarici İşlər Nazirliyi Polşanın Sankt-Peterburqda Baş Konsulluğunun bağlanacağını elan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya KİV-i ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu tədbir Polşanın Poznan şəhərindəki Rusiya konsulluğunun bağlanmasına cavab olaraq görülüb.

"Dekabrın 5-də Rusiya XİN Polşa tərəfinə nota təqdim edib. Bildirilib ki, Polşa hakimiyyətinin noyabrın 30-da Poznandakı Rusiya Baş Konsulluğunu bağlamasına cavab olaraq Rusiya tərəfi 2025-ci il yanvarın 10-dan Sankt-Peterburqdakı Polşa Baş Konsulluğunun fəaliyyətinə verdiyi razılığı geri götürür", - məlumatda vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью