Rusiya Polşaya hücum etdi: NATO ya məlumat verildi

10.09.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Polşa Baş naziri Donald Tusk NATO-nun Baş katibi Mark Rutteyə gecə saatlarında ölkənin hava məkanını pozan bir neçə PUA-nın məhv edilməsi barədə məlumat verib.

Axar.az xəbər verir ki, Tusk bu barədə X hesabında yazıb.

“NATO-nun baş katibinə mövcud vəziyyət və hava məkanımızı pozan obyektlərə qarşı gördüyümüz tədbirlər barədə məlumat verdim. Daimi təmasdayıq”, - o bildirib.

Qeyd edək ki, sentyabrın 10-da səhər tezdən Polşa ordusunun əməliyyat komandanlığı ölkənin hava məkanını pozan PUA-ların müəyyən olunaraq məhv edildiyini açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью