Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünya siyasəti 2025-ci ilin payızında yeni qarşıdurmaların və geosiyasi dəyişikliklərin astanasındadır.
Yaxın Şərqdə İsrail və Hizbullah arasında hərbi toqquşmalar genişlənməkdədir, BMT və ABŞ bölgədə atəşkəs səylərini davam etdirsə də, münaqişənin lokal xarakterdən çıxmaq təhlükəsi artır.
Eyni zamanda, Ukrayna–Rusiya müharibəsində diplomatik durğunluq hökm sürür — Qərb ölkələrinin silah dəstəyi zəifləyir, Rusiya isə yeni strateji təşəbbüslərlə vəziyyəti öz xeyrinə dəyişməyə çalışır.
Asiyada isə Çin və ABŞ arasında Tayvan və Cənubi Çin dənizi üzərində gərginlik yenidən yüksəlib.
Vaşinqton regionda hərbi varlığını gücləndirir, Pekin isə öz təhlükəsizlik doktrinasını sərtləşdirir.
Qərb dövlətləri və ABŞ-ın Yaxın Şərq siyasətindəki ziddiyyətlər, xüsusilə İsrail məsələsindəki parçalanma yeni güc boşluğu yaradırmı?
Ukrayna–Rusiya müharibəsində diplomatik tıxanma davam edərkən, Avropada “sülh danışıqlarına dönüş” tələbi nə dərəcədə real görünür?