Rusiya Polşaya nota verdi

05.12.2024

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Moskva Varşavaya Polşanın Sankt-Peterburqdakı baş konsulluğunun bağlanması barədə nota verib.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

"Dekabrın 5-də Rusiya XİN Polşa tərəfinə nota göndərib və bildirib ki, Rusiyanın Poznandakı baş konsulluğunun Polşa hakimiyyəti tərəfindən bağlanmasına cavab olaraq, Rusiya tərəfi Polşanın Sankt-Peterburqdakı baş konsulluğunun fəaliyyəti ilə bağlı verdiyi razılığı 2025-ci il yanvarın 10-dan etibarən geri çəkir", - məlumatda bildirilib.

Eyni zamanda Polşa konsulluğunun üç əməkdaşı "arzuolunmaz şəxs" elan edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью