Axar.az saytına istinadən Icma.az xəbər verir.
Rusiya Qdanskdakı Baş Konsulluğunun bağlanmasına cavab olaraq Polşanın ölkədəki diplomatik və konsulluq mövcudluğunu azaldacaq.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Qeyd edək ki, Polşa Qdansk şəhərində fəaliyyət göstərən sonuncu Rusiya Baş Konsulluğunu bağlayacağını açıqlamışdı.