Rusiya Premyer Liqasından kənarlaşdırılan komandanı bu klub əvəz edəcək

11.07.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya Premyer Liqasından kənarlaşdırılan "Torpedo"nu çempionatda əvəzləyəcək komandanın adına aydınlıq gəlib.

QOL.az xəbər verir ki, bu barədə Rusiya Futbol Federasiyası məlumat yayıb.

"Torpedo"nun əvəzinə Premyer Liqada "Orenburq" mübarizə aparacaq.

Qeyd edək ki, "Torpedo" korrupsiya qalmaqalına görə belə cəza ilə üzləşib. Klubun prezidenti Leonid Sobolev istintaq təcridxanasına düşüb. O, hakimə rüşvət verməkdə ittiham olunur. 

Xatırladaq ki, "Orenburq" Rusiya çempionatının ötən mövsümündə 15-ci yeri tutaraq 1-ci liqaya düşmüşdü.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью