Rusiya Prezident Akademiyasında Putinin azərbaycanlı müəlliminin xatirəsi anılıb FOTO | Ic…
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya Prezident Akademiyasında görkəmli azərbaycanlı hüquqşünas alim, Rusiya prezidenti Vladimir Putinin müəllimi olmuş Cahangir Kərimovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
APA-nın Moskva müxbiri xəbər verir ki, tədbirdə Akademiya rektorunun müşaviri Viktor Zorin, prorektorları Sergey Myasoedov və Aleksey Spirin, "Biz Rusiyanı sevirik” Beynəlxalq İctimai Hərəkatının Qəyyumlar Şurasının sədri Viktor Xmarin və digər dövlət orqanlarının, ictimai təşkilatların və elmi ictimaiyyətin nümayəndələri, Akademiyanın tələbələri və əməkdaşları iştirak ediblər.
Tədbirdə azərbaycanlı alimin həyatından, elmi yaradıcılığından söhbət açılıb, onun yüksək ixtisaslı hüquqşünas pedaqoq kimi fəaliyyətindən danışılıb.
Qeyd olunub ki, Cahangir Kərimov öz dövrünün siması, Sovet İttifaqının görkəmli hüquqşünaslarından biri olub.
Onun Sovet İttifaqında qanun və hüquq normaları yaradıcılığının inkişafına əvəzsiz töhfələr verdiyi bildirilib.
Tədbirin nəticəsi olaraq Qara Dəniz-Xəzər regionu Hüquqşünasları Assosiasiyasının prezidenti İlham Rəhimovun təşəbbüsü ilə Cahangir Kərimovun yaşadığı evdə xatirə lövhəsinin quraşdırılması üçün Sankt-Peterburq meriyasına müraciət etmək qərara alınıb.
Qeyd edək ki, Cahangir Abbas oğlu Kərimov 1923-cü ildə Bakıda doğulub.
Tam oxu
Xəbəri oxu