Rusiya prezidenti Belarusa səfər edib

06.12.2024

Missiya.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya prezidenti Vladimir Putin Belarusun paytaxtı Minskə səfər edib.

Missiya.Az xəbər verir ki, bu barədə “RİA-Novosti” məlumat yayıb.

Bildirilir ki, Kreml rəhbəri burada İttifaq Dövlətinin Ali Dövlət Şurasının iclasında iştirak edəcək.

Məlumata görə, Rusiya və Belarus arasında inteqrasiya qarşılıqlı fəaliyyətinin gələcək perspektivləri nəzərdən keçiriləcək, vahid elektrik enerjisi bazarı, qeyri-qanuni idxalla mübarizə və istehlakçıların hüquqlarının müdafiəsi üçün vahid qaydaların tətbiqi ilə bağlı bir sıra qərarların qəbul edilməsi planlaşdırılır.

Qeyd olunub ki, Putin və Belarus prezidenti Aleksandr Lukaşenkonun ayrıca görüşü də nəzərdə tutulub.

Daşqın Həsənov
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью