Rusiya Prezidenti Birinci vitse prezident Mehriban Əliyevanı təbrik edib

22.08.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb.

APA xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Mehriban Arif qızı.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

İlham Heydər oğluna və ailənizin bütün üzvlərinə salamımı çatdırmağınızı xahiş edirəm".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью