Rusiya Prezidenti: “Bizim kifayət qədər silahımız var”

29.11.2024

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

""Oreşnik” kimi silahların meydana çıxması Rusiyanın hərbi mövqelərini gücləndirir"  

““Oreşnik” orta mənzilli ballistik raketin meydana çıxması Rusiyanın hərbi mövqeyini gücləndirir”. AYNA “Gazeta.ru”ya istinadən bildirir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) liderlər sammirində deyib.

“Bizim kifayət qədər silahımız var. Əlbəttə, mən başa düşürəm ki, “Oreşnik” kimi silahların meydana çıxması Rusiyanın hərbi mövqelərini gücləndirir”, - Rusiya lideri qeyd edib.

Putin vurğulayıb ki, bu, nüvə silahı deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью