Rusiya prezidentinin köməkçisi Trampı COP29da gözlədiklərini bildirib | Icma.az
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Əgər Donald Tramp andiçmə mərasiminə qədər Bakıda keçiriləcək BMT-nin 29-cu İqlim Sammitinə (COP-29) gələrsə, Rusiya onunla iqlim gündəliyini müzakirə etməyə hazırdır".
Oxu.Az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası prezidentinin müşaviri, Vladimir Putinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev "Valday" Beynəlxalq Diskussiya Klubunun növbəti iclasında söyləyib.
"Bizim ilk beynəlxalq tədbirimiz Bakıda olacaq, müraciət edən istənilən şəxs orada iştirak edə bilər.
Bu, istər adi vətəndaş olsun, istərsə də dövlət başçısı. Biz məsləhət gördük ki, Azərbaycan Trampı COP29-a dəvət etsin.
Qoy cənab Tramp Bakıya gəlsin və biz onunla danışaq. İqlim, ekoloji layihə ilə bağlı çoxlu suallar var", - deyə Ruslan Edelgeriyev vurğulayı
Ruslan Edelgeriyev bildirib ki, Donald Trampa ünvanlanacaq ilk sual Paris razılaşması ilə bağlı olacaq.
"Ona ilk sual Paris sazişindən çıxıb-çıxmayacağı, həmçinin qarşılıqlı əlaqəmizi necə davam etdirəcəyimizlə bağlı olacaq", - deyə Ruslan Edelgeriyev vurğulayıb.
Tam oxu
Xəbəri oxu