Rusiya prosesi uzadır, bizə dəqiq vaxt lazımdır Kallas

31.03.2025

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukraynada atəşkəs üçün dəqiq vaxt çərçivəsi müəyyən edilməlidir, Rusiya prosesi uzadır.

Axar.az xəbər verir ki, bunu AB diplomatiyasının rəhbəri Kaya Kallas deyib.

“Rusiya gecikdirmə taktikasını dayandırmalıdır. O, irəli çıxmalı və Ukrayna kimi ilkin şərt olmadan dərhal atəşkəsə razılaşmalıdır. Müəyyən zaman çərçivəsində bizə irəliləyiş lazımdır”, - Kallas bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью