Rusiya qadağa qoydu: Tramp haqqında film yayımlanmayacaq

11.11.2024

Icma.az bildirir, Publika.az portalına istinadən.

“Trampın yüksəlişi” bioqrafik filmi Rusiyada yayımlanmayacaq.

Publika.az xəbər verir ki, bu barədə RBC Life "Atmosfera Kino" distribütor şirkətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Rejissor Əli Abbasinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yüksəlişindən bəhs edən filmi yayım sertifikatı almayıb. Filmin Rusiya kinoteatrlarında nümayişindən imtinanın səbəbi açıqlanmayıb.

Filmin ilkin olaraq noyabrın 14-də premyerası olmalı idi. Filmin noyabrın 12-nə planlaşdırılan mətbuat nümayişi də ləğv edilib.

Adəm Abbaslı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью