Rusiya Qara dənizdə Ukraynaya məxsus qayığı vurub

11.08.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Rusiya ordusu Qara dənizdə Ukraynaya məxsus patrul qayığına zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya Silahlı Qüvvələri Ukrayna Silahlı Qüvvələrinə xidmət edən hərbi dəniz gəmilərinə zərbələr endirməyə davam edir. Gün ərzində pilotsuz uçuş aparatları Odessanın cənubundakı Qara dənizdə patrul qayığına zərbə endirib. Qayıq Ukrayna Silahlı Qüvvələri üçün silah daşıyan quru yük gəmilərini Ukrayna limanlarına müşayiət etmək üçün nəzərdə tutulmuşdu", - deyə məlumatda bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью