Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
Rusiya daxili ərzaq bazarında qiymət sabitliyini qorumaq məqsədilə qarabaşaq ixracını altı ay müddətinə məhdudlaşdırıb.
Banco.az xəbər verir ki, Rusiya hökuməti bununla bağlı müvafiq qərar qəbul edib.
Qadağa fərmanın rəsmi dərcindən 24 saat sonra qüvvəyə minəcək və altı ay davam edəcək.
Qərara əsasən, Avrasiya İqtisadi İttifaqına üzv ölkələrə ixrac, eləcə də humanitar yardım və hökumətlərarası sazişlər çərçivəsində həyata keçirilən tədarüklər bu məhdudiyyətdən istisna olunacaq.